Supersport.Az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər. Dövlət başçıları ardından Şəhidlər Məscidində namaz qılıblar. Prezidentlər dua ediblər, sonra Bakının Azadlıq meydanında təşkil olunan zəfər nümayişinə baxıblar.
