AFFA koronavirusu müzakirə etdi

AFFA koronavirusu müzakirə etdi
Futbol
07 Dekabr 2020 - 17:53
Koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasının XII turunun oyunlarının təxirə salınması nəzərə alınaraq, AFFA-nın təşəbbüsü ilə bu gün AFFA, Peşəkar Futbol Liqası və Klublar Komitəsinin videokonfrans formatında birgə iclası keçirilib.

Supersport.Az xəbər verir ki, iclasda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının nümayəndələri (“Neftçi”, “Keşlə” və “Zirə” klubu eyni zamanda baş məşqçi ilə də təmsil olunub), AFFA-nın baş həkimi Vyaçeslav Xomenko və digər AFFA rəsmiləri iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

İclasda əsas müzakirə mövzusu koronavirus infeksiyası ilə əlaqədar klublarda yoluxma halları, bunun oyunların təqviminə təsiri, çempionatın təşkili ilə bağlı qüvvədə olan protokola hər hansı dəyişiklik olunmasına zərurətin yaranıb-yaranmaması və s. olub.
Aparılmış müzakirələrdən sonra qeyd olunan məsələlərlə bağlı yaxın günlərdə daha bir iclasın keçirilməsi barədə razılıq əldə edilib.

Digər xəbərlər