“Komandamız xarakter göstərdi” - “Qarabağ”ın məşqçisi

“Komandamız xarakter göstərdi” - “Qarabağ”ın məşqçisi
Futbol
04 Dekabr 2020 - 01:09
"Qarabağ"ın məşqçisi Elçin Rəhimov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda İstanbulda "Makkabi" ilə heç-heçə etdikləri oyunu (1:1) şərh edib.

Supersport.Az xəbər verir ki, o, bu mövsüm qrup mərhələsində ilk xal qazandıqları matçla bağlı deyib:


"Çətin oyun oldu, yaxşı komandaya qarşı oynadıq. Qələbə üçün meydana çıxmışdıq. Oyunun gedişatı onu göstərirdi ki, hər iki komanda fərqlənə bilərdi, yekunda 1 xal qazandıq. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardılar, xarakter göstərdilər".

Digər xəbərlər