Azərbaycan premyer liqasına koronavirus zərbəsi
Futbol
03 Dekabr 2020 - 20:01
Azərbaycan Premyer Liqasının 12-ci turunun 5 dekabr tarixdə keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də 6 dekabrda keçirilməli olan “Zirə” – “Sumqayıt” oyunu təxirə salınıb.
Supersport.Az PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxmasıdır.
Görüşlərin tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqası tərfindən veriləcək.
Qeyd edək ki, 12-ci turun “Qəbələ” – “Qarabağ” oyunu 6 dekabr, saat 16:00-da “Azersun Arena”da keçiriləcək.