"Qarabağ" zirvədə

"Qarabağ" zirvədə
Futbol
21 Noyabr 2020 - 17:52
Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.

Supersport.Az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. Son illərin dəyişməz çempionu “Qarabağ” öz meydanında lider “Sumqayıt”la qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu matça qədər komandalar bərabər xala malik olsalar da, "Qarabağ" qalib gələrək, turnir cədvəlinin vahid liderinə çevrilib.

Bu günə nəzərdə tutulan “Sabah” – “Səbail” oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

21 noyabr

16:00. "Qarabağ" - "Sumqayıt" - 6:1


Qollar: Donald Gerye, 28, Abdullah Zubir, 34, Donald Gerye, 46+1 (3:0), Toral Bayramov, 54 (4:0), Mahir Emreli, 75 (5:0), Tellur Mütəllimov, 87 (5:1), Abdullah Zubir, 89 (6:1)

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Bakı. "Azersun Arena"
22 noyabr (bazar)

14:00. “Qəbələ” – “Neftçi”


Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Qəbələ şəhər stadionu

16:00. “Zirə” – “Keşlə”


Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu






























































































NKlublarOQHMT-FX
1Qarabağ953126-618
2Sumqayıt1043313-1515
3Zirə94329-815
4Neftçi94237-1214
5Keşlə933310-1212
6Səbail82339-109
7Qəbələ91537-148
8Sabah92078-126

Bombardirlər:



Əli Qurbani ("Sumqayıt") - 6 qol
Filip Ozobiç ("Qarabağ") - 6 qol
Namiq Ələsgərov ("Neftçi") - 5 qol
Mahir Emreli ("Qarabağ") - 5 qol

Digər xəbərlər