“Qarabağ”la oyun ərəfəsində “Sivasspor”da koronavirus

“Qarabağ”la oyun ərəfəsində “Sivasspor”da koronavirus
Futbol
14 Noyabr 2020 - 00:52
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”ın qonağı olacaq “Sivasspor” koronavirus şokuyla üzləşib. Türkiyə klubu iki futbolçusunun testinin müsbət çıxdığı haqda xəbər yayıb. Oyunçular evdə karantinə alınıb, müalicəyə başlanılıb.

Qeyd edək ki, noyabrın 26-da “Qarabağ” “Sivasspor”u qəbul edəcək.

Digər xəbərlər