"Qarabağ"dan 450-ci qələbə

"Qarabağ"dan 450-ci qələbə
Futbol
02 Noyabr 2020 - 14:35
“Qarabağ” Azərbaycan çempionatlarında 450-ci qələbəsini qazanıb.

Supersport.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqanın VIII turunda olub. “Keşlə”ni 6:1 hesabı ilə məğlub edən Ağdam klubu bunadək 449 dəfə qalib gəlmişdi. 450-ci uğur 804-cü matçda olub. Əyalət təmsilçisi evdə 267, səfərdə 180, neytral meydanda 3 dəfə rəqiblərini məğlub edib.
“Azersun Arena”dakı görüş həm də mövsümün iki rekordu ilə əlamətdar olub. Cari çempionatda ən çox qolun vurulduğu matçda həm də ən böyükhesablı nəticə qeydə alınıb.
Qeyd edək ki, “Qarabağ” ölkə çempionatlarında ilk qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə ev oyununda qazanıb – 6:0.

Digər xəbərlər