"Qarabağ" hesabı açdı, "Vilyarreal"a uduzdu

"Qarabağ" hesabı açdı, "Vilyarreal"a uduzdu
Futbol
29 Oktyabr 2020 - 23:55
Bu gün Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

Supersport.Az xəbər verir ki, turnirdə ölkəmizin təmsilçisi "Qarabağ" növbəti matçında qrupun favoriti hesab olunan "Vilyarreal"ı qəbul edib.

Bu, Ağdam təmsilçisinin qrupda ilk ev görüşü idi. Lakin İspaniya klubu ilə qarşılaşma Dağlıq Qarabağda baş verən hadisələr səbəbindən Azərbaycanda deyil, Türkiyədə olub.

“Qarabağ” hesabı açsa da, uduzub.

Qrupun digər oyununda isə "Sivassppor" (Türkiyə) "Makkabi"yə (İsrail) 1:2 hesablı məğlub olub.

29 oktyabr

Avropa Liqası

Qrup mərhələsi, 2-ci tur

I qrupu

21:55. “Qarabağ” (Azərbaycan) – “Vilyarreal” (İspaniya) 1-3

Qollar: Ovusu 78 - Pino 80, Alkaser 85

Baş hakim: Pavel Orel (Çexiya)

İstanbul. “Başakşəhər Fatih Terim” stadionu

 

Digər xəbərlər