“Qarabağ” “Makkabi”ylə oyuna gedir

“Qarabağ” “Makkabi”ylə oyuna gedir
Futbol
21 Oktyabr 2020 - 08:17
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində Təl-Əviv “Makkabi”si ilə qarşılaşacaq “Qarabağ” bu gün səfərə yollanacaq.

Koronavirus testi verən Azərbaycan klubu saat 11:00-da çarter reysilə vətəni tərk edəcək. Komanda bu gün axşam son məşqinə çıxacaq.

Oktyabrın 22-də Təl-Əvivdə keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər xəbərlər