Ayxan Abbasovun komandası zirvədə

Ayxan Abbasovun komandası zirvədə
Futbol
18 Oktyabr 2020 - 17:55
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.

Supersport.Az xəbər verir ki, son oyun günündə “Neftçi" doğma meydanda "Sabah"ı məğlub edib.

Turun son matçında isə "Zirə" səfərdə "Sumqayıt"la üz-üzə gəlib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Bununla da xallarını 11-ə çatdıran Ayxan Abbasovun komandası liderliyə yüksəlib. "Zirə" 10 xalla 2-cidir.

İlk oyun günündə “Səbail”lə “Keşlə” heç-heçəyə razılaşıb (1:1), “Qarabağ” isə “Qəbələ”yə böyük hesabla (3:0) qalib gəlib.
Azərbaycan Premyer Liqası

6-cı tur

18 oktyabr

16:00. "Sumqayıt" - "Zirə" - 2:1


Qollar: Rəhim Sadıxov, 35-pen. (1:0), David Volkov, 40 (1:1), Tellur Mütəllimov, 59 (2:1)

Qırmızı vərəqə: Kərim Diniyev, 90+4 ("Zirə")

Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev.
Sumqayıt. "Kapital Bank Arena"

14:00. "Neftçi" - "Sabah" 1:0


Qol: Namiq Ələsgərov, 29

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Bakı. 8-ci km stadionu.

17 oktyabr

14:00. "Səbail" - "Keşlə" 1:1

16:00. "Qarabağ" - "Qəbələ" - 3:0

 









  • Premyer Liqa































































































NKlublarOQHMT-FX
1Sumqayıt63219-611
2Zirə63128-810
3Neftçi63126-610
4Keşlə62316-49
5Qarabağ52218-48
6Sabah62046-76
7Səbail51136-84
8Qəbələ60423-94


 



Bombardirlər:

Əli Qurbani ("Sumqayıt") - 5 qol
Namiq Ələsgərov ("Neftçi") - 4 qol
Davit Volkov ("Zirə") - 4 qol
Mahir Emreli ("Qarabağ") - 2 qol
Ovusu Kvabena ("Qarabağ") - 2 qol
Ramil Şeydayev ("Sabah") - 2 qol
Rauf Əliyev ("Səbail") - 2 qol
Klesio Bauk ("Zirə") - 2 qol
Silvio Rodriqes ("Keşlə") - 2 qol


Digər xəbərlər