"Qarabağ"ın rəqibində dəhşətli xəstəlik artır

"Qarabağ"ın rəqibində dəhşətli xəstəlik artır
Futbol
14 Oktyabr 2020 - 22:30
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsrailin "Makkabi"sində (Təl-Əviv) son bir neçə həftədə koronavirusa kütləvi yoluxma halları baş verib.

Supersport.Az "Sport1" nəşrinə istinadən xəbər verir ki, indiyədək paytaxt təmsilçisinin 12 futbolçusunda infeksiya aşkarlanıb.
Analiz nəticələri müsbət çıxmış futbolçuların əksəriyyəti sağalaraq sıraya qayıdıb. Son olaraq, Ofir Davidzada və Den Bitton komanda ilə birlikdə məşqlərə başlayıb. Lakin onların I qrupunda ilk turunda "Qarabağ"la oyununda iştirakı sual altındadır.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Makkabi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər xəbərlər