Ukrayna İspaniyanı şoka saldı - Video

Ukrayna İspaniyanı şoka saldı - Video
Futbol, Video
14 Oktyabr 2020 - 22:24
Millətlər Liqasının 4-cü turunda keçirilən Ukrayna - İspaniya oyunundan (1:0) videoicmalı təqdim edirik.

Yeganə qolu Kiyev "Dinamo"sunun yarımmüdafiəçisi Viktor Tsıqankov vurub.
Ukrayna millisi İspaniya yığması ilə oynadığı yeddi matçda ilk dəfə qalib gəlib. Bundan əvvəl ukraynalılar beş dəfə məğlub olub, bir dəfə heç-heçə ediblər.

İspaniya millisi ikinci dəfə postsovet məkanından olan komandaya məğlub olub. 2016-cı ildə ispanlar Gürcüstana 0:1 hesabı ilə uduzublar. Rusiya millisi 2018-ci ildə dünya çempionatının səkkizdəbir final mərhələsində İspaniyanı penaltilər seriyasında məğlub edib. Lakin matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Digər xəbərlər