UEFA iki klubumuza pul verdi

UEFA iki klubumuza pul verdi
Futbol
14 Oktyabr 2020 - 22:19
"Qarabağ"la "Neftçi"nin avrokuboklarda çıxışı ilə əlaqədar UEFA-dan maliyyə vəsaiti daxil olub.

Supersport.Az AFFA-nın saytına istinadən xəbər verir ki, vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
"Qarabağ"a UEFA Çempionlar Liqasında iştirak üçün 1 140 000 avro, əlavə səyahət xərclərindən ötrü 80 000 avro ödənilib.

"Neftçi" isə Avropa Liqasının təsnifat mərhələsində iştirakı qarşılığında 260 000 avro əldə edib.

Digər xəbərlər