"Qarabağ"ın sabiq qolkiperindən erməni terroruna etiraz - Foto

"Qarabağ"ın sabiq qolkiperindən erməni terroruna etiraz - Foto
Futbol, Foto
12 Oktyabr 2020 - 18:07
"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə biganə qalmayıb.

Supersport.Az xəbər verir ki, hazırda Türkiyə "Konyaspor"unda çıxış edən bosniya və herseqovinalı qapıçı bununla bağlı özünün sosial səhifəsində paylaşım edib. O, üzərində "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb.
Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da oynayıb.

Digər xəbərlər