"Qarabağ" qardaş ölkənin mediasında: "Bu, dosta güvənməyi göstərdi, düşmənə qorxu saldı"

"Qarabağ" qardaş ölkənin mediasında: "Bu, dosta güvənməyi göstərdi, düşmənə qorxu saldı"
Futbol
07 Oktyabr 2020 - 19:55
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Sivasspor"un rəqiblərindən biri "Qarabağ"a qardaş ölkənin mətbuatında yer verilib.

Türkiyənin "Yeni akit" qəzetinin yazarı Ahmet Gülümseyen "Futbolu "Can qardaşım" gözəlləşdirdi" başlığıyla bu haqda fikirlərini bölüşüb:

"Bu mövsüm ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək "Sivasspor", Azərbaycan təmsilçisi ilə eyni qrupa düşüncə qardaş ölkəyə sosial hesabından mesaj göndərdi. Təmsilçimiz, Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsinin komandasıyla eyni qrupda yer alanda "Can qardaşım" paylaşımı etdi. Hər iki ölkə bayraqlarının olduğu sosial hesabda "Qarabağ" FK, can qardaşlarımız, sizi Sivasda qəbul etməyi dörd gözlə gözləyirik" ifadələri, dosta güvənməyi göstərdi, düşmənə qorxu saldı. Futbolu maraqlı, mənalı etdi".

 

 

Digər xəbərlər