"Tək deyilsən Azərbaycan!" - "Beşiktaş"dan dəstək - Foto

"Tək deyilsən Azərbaycan!" - "Beşiktaş"dan dəstək - Foto
Futbol, Foto
04 Oktyabr 2020 - 15:26
Supersport.Az-ın məlumatına görə, Türkiyə klubu növbəti dəfə Azərbaycana dəstəyini nümayiş etdirib. 

Bu barədə İstanbul təsmilsçisi sosial hesabında paylaşım edib.

"Beşiktaş"ın ev oyunlarını keçirdiyi "Vodafone Park" stadionunun tribunasında Azərbaycan və Türkiyə bayrağı yerləşdirilib. Pankartda "Bir millət, iki dövlət, Tək deyilsən Azərbaycan" yazılıb.

Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasının IV turunda meydanında "Genclerbirliyi" ilə üz-üzə gələcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Digər xəbərlər