"Qarabağ" zəif liqanın çempionudur" - İspaniya mətbuatı

"Qarabağ" zəif liqanın çempionudur" - İspaniya mətbuatı
Futbol
03 Oktyabr 2020 - 20:23
Supersport.Az-ın xəbərinə görə, İspaniyanın məşhur nəşri "Marca" Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq bəzi klublar haqda məlumat yayıb.



I qrupunda "Qarabağ", "Sivasspor", "Makkabi"ylə eyni qrupunda olan "Vilyarreal"ın əsas favorit olduğu bildirilib. İspaniya komandasının təcrübəli baş məşqçisi Unai Emerinin "Sevilya"nı Avroliqanın üçqat qalibi etdiyi qabardılıb.

"Qrupda rəqiblər Azərbaycanın "Qarabağ", İsrailin "Makkabi", Türkiyənin "Sivasspor" klublarıdır. Komandalar Asiya qitəsindədir, uzaq səfərlər çətinlik törədəcək.

"Qarabağ" ölkəsində zəif liqanın lideri, çempionudur. Hansı ki, 8 komanda iştirak edir. "Qarabağ"da iki ispan futbolçu - "Xetafe"nin keçmiş oyunlçusu Miçel Madeyra, Xayme Romero yer alır".

Digər xəbərlər