"Siz Qarabağı qanınızla, biz tərimizlə ucaldırıq!"

"Siz Qarabağı qanınızla, biz tərimizlə ucaldırıq!"
Futbol
03 Oktyabr 2020 - 13:48
Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sı üzərində qələbə qazanan "Qarabağ"ın futbolçuları sosial şəbəkələrdə paylaşımlar ediblər.

Supersport.Az-ın məlumatına görə, yerli və əcnəbi oyunçular arasında hücumçu Mahir Emrelinin yazdıqları daha çox diqqəti cəlb edib.

Milli komandanın üzvü Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı ordumuza dəstək nümayiş etdirib:

"Bu qələbəmizi şəhidlərimizə ithaf edirik! Siz Qarabağı qanınızla, biz tərimizlə ucaldırıq!"
Qeyd edək ki, "Legiya"nı 3:0 hesabı ilə məğlub edən "Qarabağ" ardıcıl 7-ci dəfə Avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.

Digər xəbərlər