"Qarabağ"ın rəqibi "Legiya"da koronavirus

"Qarabağ"ın rəqibi "Legiya"da koronavirus
Futbol
01 Oktyabr 2020 - 09:29
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Legiya"da koronavirus aşkarlanıb.

UEFA-nın tələbinə əsasən, iki gün əvvəl Polşa klubu testdən keçirilib.

"Legiya"nın yaydığı məlumatda bildirilir ki, komandanın bir üzvündə koronavirus tapılıb, digərləri isə sağlamdır.

Polşa problemlə üzləşsə də, bu gün Azərbaycan çempionuyla qarşılaşması keçiriləcək.

Xatırladaq ki, Varşavanın "Voyska Polskoqo" stadionunda keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

 

Digər xəbərlər