"Qarabağ" 7-ci dəfə qrup mərhələsində - Video

"Qarabağ" 7-ci dəfə qrup mərhələsində - Video
Futbol, Video
01 Oktyabr 2020 - 23:52


Azərbaycanın səkkizqat çempionu Avropa Liqasında pley-off mərhələsinin oyununu keçirib.

Supersport.Az xəbər verir ki, "Qarabağ" səfərdə Polşa "Legiya"sı ilə qarşılaşıb.


Varşavanın "Voyska Polskoqo" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayıb.

"Qarabağ" bu oyunda 3:0 hesabıyla qalib gələrək, 7-ci dəfə Avrokubokda qrup mərhələsinə yüksəlib.

Azərbaycan təmsilçisi indiyədək Çempionlar Liqasının qrup raundunda 1, Avropa Liqasında isə 5 dəfə mübarizə aparıb.

Xatırladaq ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Molde"yə uduzduğu üçün (əsas və əlavə vaxt - 0:0, penaltilər seriyası - 5:6) Avroliqanın pley-off mərhələsində çıxışını davam etdirir.

1 oktyabr

22:00. "Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan) 0-3 (ikinci hissə)

Qol: Patrik Andrade 50, Abdullah Zubir 62, Filip Ozobiç, 70

Baş hakim: Tobias Ştiler (Almaniya)

Digər xəbərlər