“Legiya” “Qarabağ”ı kənarlaşdırıb, qrupa düşməlidir”

“Legiya” “Qarabağ”ı kənarlaşdırıb, qrupa düşməlidir”
Futbol
25 Sentyabr 2020 - 02:20
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Drita”nı iki qolla yarışdan kənarlaşdıran “Legiya”nın yeni baş məşqçisi Çeslav Mixneviç açıqlama verib.

Polşa klubunun 50 yaşlı çalışdırıcısı, pley-offda rəqib “Qarabağ”la oyuna ciddi hazırlaşmağın vacibliyini bildirib.

“Qol vəziyyətlərimiz olsa da, kifayət deyildi. Növbəti mərhələyə vəsiqəni təmin etdik. Çox istərdim ki, daha yaxşı çalışaraq qol imkanlarımızı artıraq. Hazırlığa az vaxtımız oldu. İndi 4-cü raund üçün çox məşq etməliyik. Mənə maraqlı oyunda dinamikadır. Daha çox hərəkətdə olmalı, top itkisi zamanı dərhal bu problemi aradan qaldırmalıyıq. Bilirdik ki, rəqib müdafiədən oynayır, buna görə mübarizə aparmalarına imkan verməməyə çalışdıq. Oyunu üç kameradan çəkmişik, sakit tərzdə təhlil olacaq. 

Şənbədən başlayaraq bir gün ərzində “Qarabağ”ı hərtərəfli öyrənmək üçün işlər görüləcək, material hazırlanacaq. Ciddi çalışmalarımız olacaq. “Legiya”nın məqsədi “Qarabağ”ı düzgün təhlil edib, Avroliqanın qrupuna vəsiqə qazanmaqdır. Bu oyuna hazırlıq üçün dəqiq plan, vaxt var və bundan maksimum istifadə etməliyik. 

Uğurlu nəticə səhvləri örtsə də, reallıq başqadır. Ümid edirik ki, hər şey yaxşı olacaq”.

 

Digər xəbərlər