Qurban Qurbanov: "Neftçi"nin ikinci qolunda ofsayd vardı" - Video

Qurban Qurbanov: "Neftçi"nin ikinci qolunda ofsayd vardı" - Video
Futbol, Eksklüziv, Video
21 Sentyabr 2020 - 16:02
Supersport.Az Azərbaycan Premyer Liqasının üçüncü turunda "Neftçi"yə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb.



Mütəxəssis komandasının səhvlərə yol verdiyini, yorğunluq olduğunu bildirib.

Baş məşqçi, Supersport.Az-ın "Rəqibinizin ikinci qolu zamanı ofsayd var idimi" sualına cavab verib:

"Oyunun gedişatında biz gördüyümüz qədər, gələn mesajlara görə həmin epizodda ofsayd var idi. Oyundankənar vəziyyət olsa da, yan xətt hakiminə heç nə deməyəcəm. O, ən dəqiq çalışanlardandır, işinə çox məsuliyyətlə yanaşır. Ancaq ola bilər ki, səhvi oldu, bir az, bir neçə saniyə gecikdi. Buna baxmayaraq, məğlub olmuşuq".

Qeyd edək ki, matçın baş hakimi FİFA referisi Əliyar Ağayev, köməkçiləri Zeynal Zeynalov, Akif Əmirəli olub.

Digər xəbərlər