"Qalatasaray" "Neftçi"ni Avroliqadan kənarlaşdırdı

"Qalatasaray" "Neftçi"ni Avroliqadan kənarlaşdırdı
Futbol
17 Sentyabr 2020 - 21:49
“Neftçi” bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşıb.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayıb.
İlk mərhələdə Şimali Makedoniyanın "Şkupi" klubunu mübarizədən kənarlaşdıran (2:1) Füzuli Məmmədovun komandası Türkiyə nəhəngi ilə oyuna da qələbə üçün çıxıb. Fatih Terimin kollektivi 3:1 hesablı qalib gəlib.

Qeyd edək k, "Neftçi" – "Qalatasaray" cütünün qalibi bu gün keçiriləcək "Renova" (Şimali Makedoniya) - "Hayduk" (Xorvatiya) oyununda üstün olan komandanı qəbul edəcək.

17 sentyabr

Avropa Liqası

2-ci təsnifat mərhələsi

20:00. "Neftçi" (Azərbaycan) – "Qalatasaray" (Türkiyə) 1-3


Qollar: Mbaye Diane, 19 (0:1), Mamadu Mbodj, 46 (1:1), Kristian Luyindama, 48 (1:2), Mbaye Diane, 63 (1:3)

Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu

Digər xəbərlər