"Qarabağ" Çempionlar Liqasıyla vidalaşdı - Video

"Qarabağ" Çempionlar Liqasıyla vidalaşdı - Video
Futbol, Video
16 Sentyabr 2020 - 23:48
Supersport.Az xəbər verir ki, "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveç "Molde"si ilə qarşılaşıb.


Püşkə əsasən, matç Bakıda keçirilməli idi. Lakin "Molde" klubu Bakıdan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş etmişdi. UEFA haqsız olaraq bu müraciəti təmin edərək görüşün Kiprdə keçirilməsinə qərar vermişdi.

Larnaka şəhərindəki "AEK Arena"da keçirilən matçda Azərbaycan klubu penaltilər seriyasında uduzaraq qitənin bir nömrəli klub yarışında mübarizəni dayandırıb. "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində yarışacaq.

Bu cütün qalibi pley-off mərhələsində "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) duelinin güclüsü ilə qarşılaşacaqdı. Macar klubu rəqibini 2:1 hesabıyla məğlub edərək növbəti raunda çıxıb.

"Ferentsvaroş" pley-offda "Molde"ylə üzləşəcək. Bu raundun ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29-30 sentyabr tarixlərində olacaq.

16 sentyabr

21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 0:0 (5:6)


Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixaylovi, Novak Simoviç (hamısı Serbiya)
"AEK Arena"

"Molde" 102-ci dəqiqədə penaltidən fərqlənə bilməyib. "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev penaltini dəf edib.
"Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Xorvatiya) - 2:1


Qollar: Lovrençiç, 2 (1:0), Uzuni, 23-avtoqol (1:1), Uzuni, 65 (2:1)

 

Digər xəbərlər