“Qalatasaray”ın “Neftçi”ylə oyuna start heyəti

“Qalatasaray”ın “Neftçi”ylə oyuna start heyəti
Futbol
15 Sentyabr 2020 - 20:40
Supersport.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Avropa Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”nin qonağı olacaq “Qalatasaray”ın təxmini start heyəti açıqlanıb.

“Fanatik” qəzeti baş məşqçi Fatih Terimin “Qaziantep”i məğlub edən 11-yi qarşıdakı oyunda da meydana buraxacağını qeyd edib.

Hücumda Falkao, cinahlarda Ardayla Fequli oynayacaq. Zədəsi ciddi olmayan Emre Kılınç forvardın arxasında, gedib-getməyəcəyi naməlum olan Belhanda yarımmüdafiənin mərkəzində, oyun qurucu mövqeyində Taylan, cinahda Omarla Saraççi müdafiənin mərkəzində Luyindamayla Markaonun forma geyəcəyi gözlənilir və qapı yenə Fatihə əmanət ediləcək.

 

 

Digər xəbərlər