“Qalatasaray” “Neftçi”ni qabaqladı

“Qalatasaray” “Neftçi”ni qabaqladı
Futbol
14 Sentyabr 2020 - 19:08
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”nin qonağı olacaq “Qalatasaray” oyundan bir gün əvvəl sponsoru Türk Hava Yollarına məxsus xüsusi təyyarəylə Bakıya gələcək.

Türkiyə klubu sentyabrın 16-da ölkəmizin vaxtıyla 12:00-da çarter reysilə səfərə çıxacaq.

Sentyabrın 17-si saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi” – "Qalatasaray” oyunu öncəsi komandaların keçirəcəyi son məşqin və mətbuat konfranslarının vaxtı dəqiqləşib.

Əvvəlcə "Qalatasaray”ın baş məşqçisi Fatih Terimin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir sentyabrın 16-sı Bakı Olimpiya Stadionunda baş tutacaq və saat 18:00-da başlanacaq. Saat 18:30-da "sarı-qırmızılar”ın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək.

Həmin gün BOS-da "Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı, həmçinin komandamızın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:00-da, məşq isə saat 19:45-də başlanacaq.

Qeydiyyatdan keçmiş jurnalistlərə saat 12:00-dan etibarən BOS-dakı media üçün ayrılmış iş otağında oyun üçün akkreditasiyalar təqdim ediləcək. Mətbuat konfransında iştirak edəcək media nümayəndələrinə xüsusi vəsiqə veriləcək. Onlardan tibbi maskadan istifadə etmək və digər qaydalara əməl etmək xahiş olunur.

Digər xəbərlər