"Qalatasaray" "Neftçi"yə qarşı başladı - Şəkillər

"Qalatasaray" "Neftçi"yə qarşı başladı - Şəkillər
Futbol, Foto
13 Sentyabr 2020 - 16:46
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin qonağı olacaq "Qalatasaray" istirahət etmədən məşqə start verib.



İstanbul klubu dünən Superliqanın ilk turunda "Qaziantep"i 3:1 hesabıyla məğlub etsə də, bu gün dincəlmək istəməyib.

"Florya Metin Oktay Təsisləri"ndə çalışmada son oyunda 90 dəqiqə iştirak edən futbolçular bərpa məşqi keçib.

Digər oyunçular hazırlığa isinmə hərəkətləriylə başlayıb, ötürmələr veriblər.

Dar sahədə (5-ə 5) top almağa çalışan futbolçular, ardından hər bir komanda 10 nəfər olmaqla ikitərəfli oyun keçiriblər. Məşq qaçışla başa çatdırılıb.

Sabah "Qalatasaray" istirahətdə olacaq, həftənin ikinci günü isə "Neftçi"yə qarşı yenidən hazırlığı bərpa edəcək.

 

Digər xəbərlər