“Neftçi”ylə “Qalatasaray” BOS-u seçdi

“Neftçi”ylə “Qalatasaray” BOS-u seçdi
Futbol
12 Sentyabr 2020 - 18:45
Avropa Liqasının ikinci təsnifat mərhələsinin "Neftçi” – "Qalatasaray” oyununun məkanı dəyişib.

Supersport.Az xəbər verir ki, bu haqda "Neftçi"nin rəsmi saytı məlumat yayıb. Oyun əvvəlcə 8-ci km arenasında keçirilməli idi. Lakin hər iki klubun razılığı ilə matçın Bakı Olimpiya Stadionunda təşkil olunması haqda UEFA-ya müraciət edilib. Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.

Qeyd edək ki, sentyabrın 17-də baş tutacaq görüş saat 20:00-da start götürəcək.

Digər xəbərlər