Ramin Musayev yenidən prezident olmaq istəyində

Ramin Musayev yenidən prezident olmaq istəyində
Futbol
11 Sentyabr 2020 - 21:26
Supersport.Az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının prezidenti postuna keçiriləcək seçkinin tarixi müəyyənləşib.

Seçki 14 sentyabr, saat 12:00-da AFFA-nın inzibati binasında baş tutacaq.

Ramin Musayev PFL-in Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq 4 il müddətinə seçilən Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb. PFL üzvləri tərəfindən müvafiq posta alternativ namizəd irəli sürülmədiyi üçün qurumun hazırkı prezidenti Ramin Musayev vahid namizəddir.

Digər xəbərlər