UEFA-dan ədalətsizlik: “Qarabağ” - “Molde” oyunu Kiprdə keçiriləcək

UEFA-dan ədalətsizlik: “Qarabağ” - “Molde” oyunu Kiprdə keçiriləcək
Futbol
09 Sentyabr 2020 - 18:34
Çempionlar Liqası 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Molde” matçı Azərbaycanda olmayacaq.

Supersport.Az Ağdam klubunun saytına istinadən xəbər verir ki, görüş Kiprin Larnaka şəhərində oynanılacaq. Qarşılaşma sentyabrın 16-da, saat 21:00-da başlayacaq. UEFA belə haqsız qərar verib.

Qeyd edək ki, püşkə əsasən, oyun 15-16 sentyabrda Bakıda keçirilməli idi. Lakin "Molde" klubu Bakıdan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş etmişdi.

Digər xəbərlər