Millinin baş məşqçisi: “Qələbələrin sayı çox olacaq”

Millinin baş məşqçisi: “Qələbələrin sayı çox olacaq”
Futbol
09 Sentyabr 2020 - 10:46
Supersport.Az-ın məlumatına görə, Millətlər Liqasında Kipri məğlub edən Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi qələbəni şərh edib.


“Çox yaxşı oyun keçdi. İlk hissədə daha çox qol vura bilərdik. Sevinirik ki, nəticə bizim xeyrimizə oldu. İkinci hissədə yorğunluq hiss olunurdu. Bir az da gərginlik var idi.

Sevindirici haldır ki, oyunu tam heyətlə tamamladıq. Lüksemburq oyunu ilə müqayisədə müəyyən dəyişiklik etdik. Xoşuma gələməyən şeylər var idi. Ən vacib futbolçuların istəkli olmasıdır.

İlk gündən demişdim ki, uğurlu nəticəyə və qələbəyə hamımız inanmalıyıq. Əgər belə olarsa, qazandığımız qələbələrin sayı çox olacaq. Komandamız qalib gəlməklə yanaşı qısa müddət ərzində məğlubiyyətdən nəticə çıxarmağı və xarakter nümayiş etdirməyi bacardı”.

Digər xəbərlər