“Neftçi”nin məşqində təbrik

“Neftçi”nin məşqində təbrik
Futbol
08 Sentyabr 2020 - 22:00
“Neftçi” Premyer Liqanın 2-ci turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını davam etdirir.


Supersport.Az xəbər verir ki, paytaxt təmsilçisi bir günlük fasilədən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb.


Məşqdən əvvəl komanda üzvləri baş məşqçi Füzuli Məmmədovu doğum günü münasibətilə təbrik ediblər.


Qeyd edək ki, sentyabrın 11-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Sumqayıt” matçına saat 19:00-da start veriləcək.

Digər xəbərlər