UEFA-ya Norveçdən mənfi cavab: “Qarabağ”ın oyunu neytral meydanda...

UEFA-ya Norveçdən mənfi cavab: “Qarabağ”ın oyunu neytral meydanda...
Futbol
08 Sentyabr 2020 - 15:15
Supersport.Az xəbər verir ki, Norveç hökuməti "Molde"nin UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la matç üçün etdiyi xahişə cavab verib.

Bu barədə ölkənin mədəniyyət naziri Abid Raca "NTB"yə açıqlamasında bildirib:

"Təəssüf ki, "Molde" üçün "Qarabağ"la oyundan əvvəl karantinlə bağlı xüsusi istisna gələn həftənin sonuna qədər olmayacaq. Bununla bağlı Norveç Futbol Federasiyasına və "Molde"yə fəaliyyətlərini buna görə qurmalı olduqlarını bildirdim. Yəni, UEFA-nın reqlamentinə uyğun olaraq görüş neytral meydanda keçirilməlidir".

Qeyd edək ki, püşkə əsasən oyun Bakıda keçirilməlidir. Ancaq Norveç klubu Azərbaycandan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılmasını UEFA-dan xahiş edib. "Molde"nin direktoru Ole Erik Stavrum yeni açıqlamasında oyunun başqa ölkədə keçirilməsinə çalışacaqlarını söyləyib.

Norveç Futbol Federasiyasının direktoru Nils Fisketyen, UEFA reqlamentinə əsasən, matçın neytral meydanda keçirilməsinin vacibliyini qeyd edib: “Seçim zamanı 4 ölkəyə diqqət yetirilməlidir”. Macarıstan, Polşa, Kipr və ya Yunanıstandan biri seçilə bilər. Norveç qurumunun rəsmisi seçimdə “Qarabağ”ın əsas söz sahibi olduğunu vurğulayıb. “Molde” Macarıstanda oynamaq fikrindədir.

Məsələ ilə bağlı yekun qərarı UEFA verəcək.

Digər xəbərlər