UEFA "Qarabağ" - "Molde" matçıyla bağlı qərar verəcək

UEFA "Qarabağ" - "Molde" matçıyla bağlı qərar verəcək
Futbol, Eksklüziv
07 Sentyabr 2020 - 09:19
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” - “Molde” oyununun keçirilmə yeri, tarixi bu gün müəyyənləşə bilər. UEFA matçla bağlı qərar verəcək. Püşkün nəticəsinə əsasən qarşılaşmanın Bakıda keçirilməsi nəzərdə tutulsa da, Norveç klubu ölkəmizə gəlməkdən qorxur.

"Qarabağ" - "Molde" matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməlidir. Ancaq "Molde" Azərbaycandan dönüşdə Norveçdə 10 günlük karantinlə üzləşəcəyini əsas gətirərək, "Qarabağ"la görüşün neytral meydanda keçirilməsi xahişi ilə UEFA-ya müraciət ünvanlayıb. Azərbaycan klubu rəqib komandaya, Avropa futbol qurumuna əsaslı faktlarla oyunun Bakıda keçirilməsinin labüd olduğunu çatdırıb. Hələ ki, oyunun konkret tarixi və məkanı müəyyənləşdirilməyib. UEFA-nın bu gün matçın Bakıda təşkil olunmasına qərar verəcəyi gözlənilir.

Digər xəbərlər