Mahir Emreli millidən kənarlaşdırıldı

Mahir Emreli millidən kənarlaşdırıldı
Futbol
06 Sentyabr 2020 - 21:30
Millimizin hücumçusu Mahir Emreli yığmanın heyətindən kənarlaşdırılıb.

Supersport.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

UEFA Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan – Lüksemburq oyununda qırmızı vərəqə almış Mahir Emrelinin millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanacaq heyətdə yer almayacağı bildirilib.

Xatırladaq ki, M.Emreli millimizin Lüksemburqa 1:2 hesabı ilə uduzduğu oyunun 26-cı dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Digər xəbərlər