"Qarabağ" adına Norveçdə hörmətsizlik - Foto-audio

"Qarabağ" adına Norveçdə hörmətsizlik - Foto-audio
Futbol, Foto
05 Sentyabr 2020 - 12:17
Moldenin RB radiosu "Qarabağ" – "Mölde" oyunu ərəfəsində klublarının imkanlarını dəyərləndirib.

Supersport.Az xəbər verir ki, idman proqramının müəllifi 2 jurnalist həmkarı ilə söhbətə "Qarabağ" adını necə ifadə etmək lazımdır?" sualıyla başlayıblar.

İyun ayı Norveçin 550 KİV organın müsabiqəsinə qatılan "Lokal" media orqanı RB ən yaxşı idman xəbəri və bir də "Vikinq Skay" məqaləsiylə "İlin ən yaxşı məqaləsi" nominasiyasını qazanıb. Millətçi xarizması olan RB-in cavabdeh redaktoru Ole Byörner Loe Velde həm də bu radioda idman panelinin müəllifi və aparıcısıdır.





O, "Qarabağ"la oyuna həsr edilən verilişə qonaqlara Azərbaycan klubunu tanımağa “onların adı necə ifadə edilməlidir, "Karabagg", "Kuarabajs", yoxsa "Karabag"?…" sualıyla başlayıb.

Söhbətin ilk 10 dəqiqəsini “Qarabağ”ın Avropa təcrübəsindən və uğurlarından danışan jurnalist üçlüyü, qitə miqyaslı turnirlərdə klubumuzun məğlubiyyətlərindən danışıb, sanki tək "Şerif"i məğlub edə biləcək bir komanda imici yaradıblar.

“Qarabağ” adını doğru ifadə edə bilmələrinə rəğmən, hər dəfə məsxərəyə qoyaraq ciddilikdən kənarlaşıb, ifadə etdikləri şəklə gülüb, ələ salıblar.

https://player.acast.com/rb-sporten/episodes/karrabagg-kuarabasj-eller-karabag

https://www.rbnett.no/sport/2020/09/01/PODKAST-Lillebakk-kritiserer-Molde-spillerne-Det-irriterer-meg-grensel%C3%B8st-22590422.ece

Mansur DADAŞ, İsveç

 

 

Digər xəbərlər