"Qalatasaray"da problemlər: qələbəsiz oyun - Video

"Qalatasaray"da problemlər: qələbəsiz oyun - Video
Futbol, Video
03 Sentyabr 2020 - 21:45
Supersport.Az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi "Qalatasaray" növbəti yoxlama oyunu keçirib.

İstanbul klubu Superliqaya yeni vəsiqə qazanan "Hatayspor"la qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb.

"Qalatasaray"ın yeganə qolunu 32-ci dəqiqədə 9 illik fasilədən sonra komandasına qayıdan Arda Turan vurub. 67-ci dəqiqədə isə Gökhan Karadeniz matçın yekun nəticəsini müəyyənləşdirib.

"Qalatasaray"ın start heyətində yer alan Kristian Luyindama, matça gecikdiyi üçün iştirak ərizəsindən çıxarılıb. Mbaye Diane isə zədə səbəbindən bu görüşün iştirakçısı olmayıb. Klub aşağı yaş qruplarından ibarət komandalardan birinin üzvündə koronavirus aşkarlandığı xəbərini də yayıb.

Qeyd edək ki, sentyabrın 17-də Bakıda keçiriləcək "Neftçi" – “Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Digər xəbərlər