"Qalatasaray" "Qarabağ"la "Neftçi"dən yazdı: çəkindiyi futbolçunu qabartdı

"Qalatasaray" "Qarabağ"la "Neftçi"dən yazdı: çəkindiyi futbolçunu qabartdı
Futbol
31 Avqust 2020 - 16:16
Supersport.Az-ın xəbərinə görə, UEFA Avropa Liqasıının ikinci təsnifat mərhələsində "Neftçi" PFK ilə qarşılaşacaq "Qalatasaray" rəsmi saytında Azərbaycan klubu haqda məlumat yayıb.

Azərbaycanda 17 sentyabr keçiriləcək oyunun tək matç olacağı, qalib komandanın üçüncü təsnifat raundunda vəsiqə qazanacağı əksini tapıb.

Azərbaycan Premyer Liqasında son mövsümü "Qarabağ Ağdam"dan sonra ikinci yerdə bitirən "Neftçi"nin Avroliqada iştirak hüququ qazandığı, Makedoniyanın "Şkupi" klubunu 2:1 hesabıyla məğlub edərək 2-i mərhələyə adladığı qeyd olunub.

Matçlarını 8-ci km stadionunda keçirən "Neftçi"nin baş məşqçisinin Füzuli Məmmədovun olduğu haqda məlumat verilib.

Azərbaycan Liqasında 8 çempionluğu, 7 kubok uğuru olan "Neftçi"nin çempionatın ilk turunda "Səbail"i 2:1 hesabıyla məğlub etdiyi xatırlanıb.

"Qalatasaray", ötən mövsüm "Neftçi"də 7 qolla komandanın bombardirləri arasında yer alan Baqali Dabonun başqa bir komandaya keçdiyini, eyni zamanda 7 qol vuran Stiven Jozef-Monrozun təhlükəli hücumçu kimi diqqət çəkdiyini qabardıb.

 

 

 

Digər xəbərlər