"Qarabağ" – "Sileks" oyununun hakimləri açıqlandı

"Qarabağ" – "Sileks" oyununun hakimləri açıqlandı
Futbol
13 Avqust 2020 - 15:38

Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Sileks" oyununun hakimləri məlum olub.




Qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.




Matçın baş hakimi Yaroslav Kozık olacaq. Ona yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək.




Matç avqustun 18-i, saat 20:00-da başlayacaq.


Digər xəbərlər