Premyer Liqamızın yeni loqosu təqdim olundu - Video

Premyer Liqamızın yeni loqosu təqdim olundu - Video
Futbol, Video, Foto
12 Avqust 2020 - 15:49
Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edir.



Yeni loqo 4 elementin vəhdətidir:

1) Alov – “odlar yurdu” Azərbaycanın əsas simvollarından biridir;
2) Dalğavari hissə – Xəzər dənizinə işarədir;
3) Qartal – Azərbaycan xəritəsinin ümumi görünüşünü özündə əks etdirir;
4) Qartal, alov və dalğa ilə əhatələnən top isə futbolun əsas simvoludur.

Premyer Liqanın yeni loqosu tünd fonda ağ rəngdədir. Açıq fonda olarkən, loqonun əsas hissələri tünd göy göstərilir.

Digər xəbərlər