Avropa Liqası: "Neftçi", "Keşlə", "Sumqayıt"ın rəqibi bilindi

Avropa Liqası: "Neftçi", "Keşlə", "Sumqayıt"ın rəqibi bilindi
Futbol
10 Avqust 2020 - 16:08
Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Supersport.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Neftçi", "Keşlə" və "Sumqayıt"ın da rəqibi müəyyənləşib.
"Neftçi" Şimali Makedoniyanın "Şkupi, "Keşlə" Albaniyanın "Laçi”, avrokubokların debütantı “Sumqayıt” isə Şimali Makedoniyanın "Şkendiya" klubuna rəqib olub. Hər üç komandamız bir oyundan ibarət bu mərhələdə rəqibi ilə evdə üz-üzə gələcək.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları avqustun 27-də gerçəkləşəcək.

Digər xəbərlər