Millimizin baş məşqçisi Canni De Byazi koronavirus testi verdi

Millimizin baş məşqçisi Canni De Byazi koronavirus testi verdi
Futbol
10 Avqust 2020 - 15:58
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib.

Supersport.Az AFFA-nın saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu gün "Bank Respublika Arena"da keçiriləcək "Sabah" – "Qəbələ" yoxlama oyununu stadionda izləyəcək.
Canni De Byazi COVİD-19 testi verib və nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.

Baş məşqçi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.

Digər xəbərlər