"Yuventus" yeni baş məşqçi gətirdi

"Yuventus" yeni baş məşqçi gətirdi
Futbol
09 Avqust 2020 - 08:10
"Yuventus"un yeni baş məşqçisi müəyyənləşib.

Supersport.Az klubun rəsmui saytına istinadən xəbər verir ki, Turin təmsilçisini komandanın sabiq futbolçusu  Andrea Pirlo çalışdıracaq. Onunla 2022-ci ilin yayına qədər müqavilə imzalanıb. Pirlo bu vəzifədə istefaya göndərilən Mauritsio Sarrini əvəzləyib.
Qeyd edək ki, 41 yaşlı mütəxəssis 1 ay əvvəl "Yuventus"un U-23 komandasına baş məşqçi təyin olunmuşdu. O, futbolçu karyerası ərzində 2011-2015-ci illərdə A seriyası təmsilçisinin heyətində oynayıb.

Digər xəbərlər