"Keşlə" "Qarabağ" qarşısında aciz qaldı

"Keşlə" "Qarabağ" qarşısında aciz qaldı
Futbol
05 Avqust 2020 - 20:47
Supersport.Az-ın məlumatına görə, bu gün Çempionlar Liqasında təmsilçimiz "Qarabağ" Avroliqada iştirak edəcək "Keşlə"ni yenidən sınaqdan keçirib.

Qəbələdəki oyunda səkkizqat ölkə çempionu 4 qolla qələbə qazanıb. Ağdam klubundan Abdullah Zubir, Kevin Medina, Mahir Emreli və Ovusu Kvabena fərqlənib.

19:00 "Qarabağ" – "Keşlə" 4-0 

Qollar: Abdullah Zubir, 30. Kevin Medina, 70. Mahir Emreli, 76. Ovusu Kvabena, 89.

Qeyd edək ki, "Qarabağ" əvvəlki yoxlama oyunlarında "Keşlə"yə 3:1 hesabı ilə qalib gəlib, "Sabah"a 1:2 uduzub, "Neftçi"ni 1 qolla məğlub edib. 

 

Digər xəbərlər