260 milyon avro - Messiyə təklif

260 milyon avro - Messiyə təklif
Futbol
02 Avqust 2020 - 17:21

"Barselona"nın futbolçusu Lionel Messi karyerasını gələn il "İnter"də davam etdirə bilər.


Supersport.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"İnter" "Barselona"nın kapitanını almaq istəyir. A seriyası təmsilçisinin planı Messi ilə 2021-ci ilin yayında müqavilə imzalamaqdır. Argentinalı hücumçunun "Barsa" ilə hazırkı kontraktı məhz gələn ilin iyununda başa çatır.

Qeyd olunub ki, "İnter" sahibləri 33 yaşlı oyunçu üçün yüksək maaş ödəməyə hazırdırlar. Klubun Messiyə 4 il müddətində 260 milyon avro verməyə razı olduğu bildirilib. Bu məbləğ Kriştiano Ronaldonun qazancından çox olacaq.

"İnter" hesab edir ki, ulduz futbolçunun komandaya gəlişi yeni sponsorların olmasına da şərait yaradacaq.

Qeyd edək ki, Messi La Liqada başa çatan mövsüm 33 oyunda 25 qol vurub, 21 qolun ötürməsini verib.

Digər xəbərlər