Robert Prosineçki 1 milyon avro istədi

Robert Prosineçki 1 milyon avro istədi
Futbol
01 Avqust 2020 - 22:02
Supersport.Az-ın məlumatına görə, Türkiyə Superliqasında mübarizə aparan “Kayserispor”un baş məşqçisi Robert Prosineçki elitanın digər klubunun maraq dairəsinə düşüb.

“Beşiktaş”ın keçmiş çalışdırıcısı Abdullah Avcının gətirilməsi məsələsində “Trabzonspor”da fikir ayrılığı mövcuddur. Trabzon klubunun idarə heyətində adıçəkilən mütəxəssisin baş məşqçi təyin olunmasına müsbət yanaşanlar olsa da, bəziləri bunun əleyhinədir.

“Trabzonspor”da bəziləri Abdullah Avcını, digərləri Robert Prosineçkini istəyir.

Millimizin keçmiş baş məşqçisiylə danışıqlara başlanılıb. 51 yaşlı xorvat mütəxəssis Robert Prosineçki “Trabzonspor”dan illik 1 milyon avro tələb edib. Türkiyə klubunun rəhbərliyi bu məbləğlə razıdır.

 

 

 

Digər xəbərlər