Luçesku istefa qərarını dəyişdi

Luçesku istefa qərarını dəyişdi
Futbol
28 İyul 2020 - 10:12
Mirça Luçesku "Dinamo"nun (Kiyev) baş məşqçisi vəzifəsindən istefa verməyib.

Supersport.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə rumıniyalı mütəxəssisin agenti Arkadiy Zaporajanu məlumat verib. O bildirib, Rumıniya mətbuatında yayılan Luçeskunun fikirləri klubun prezidenti İqor Surkislə olan yazışmasıdır. Klub rəhbəri ilə görüşdən sonra Luçesku istefa qərarını dəyişib.

A.Zaporajanu 74 yaşlı çalışdırıcının bu həftədən "Dinamo"da işə başlayacağını bildirib.

Qeyd edək ki, Luçeskunun  “Dinamo” azarkeşlərinin ona düşmən münasibəti göstərdiyi üçün istefa verdiyi yazılmışdı.

Xatırladaq ki, Luçesku  daha əvvəl Ukraynada 12 il ( 2004-2016) “Dinamo”nun əsas rəqibi Donetsk "Şaxtyor"unun baş məşqçisi olub.

 

 

 

Digər xəbərlər