Rusiya kuboku sındırıldı

Rusiya kuboku sındırıldı
Futbol
29 İyul 2020 - 09:00


Supersport.Az-ın məlumatına görə, Rusiya kubokunun finalında xoşagəlməz hadisə olub.

“Zenit” Artyom Dzyubanın 84-cü dəqiqədə penaltidən vurduğu qolla qələbə qazanaraq, mükafata yiyələnib.

Qalib komandanın 37 yaşlı kapitanı Branislav İvanoviç kuboku qaldıran zaman yerə salıb. Buna görə mükafatın qapaq hissəsi sınıb. Futbolçu gülərək kənara çəkilib. “Zenit”in futbolçuları isə qırıq kubokla şəkil çəkdiriblər.




Azarkeşlər bu olaya sərt münasibət, kubokun xrustaldan hazırlanmasına kəskin etiraz bildirib.


 

Digər xəbərlər