"Qalatasaray" güclənir: 3 köhnə, 1 yeni futbolçu

"Qalatasaray" güclənir: 3 köhnə, 1 yeni futbolçu
Futbol
26 İyul 2020 - 16:16
"Qalatasaray" 3 keçmiş futbolçusu ilə razılıq əldə edib.

Supersport.Az xəbər verir ki, son olaraq icarə əsasında "Başakşəhər"də çıxış edən Arda Turan, "Deportivo" ilə müqaviləsi başa çatan Emre Çolak və Praqa "Sparta"sı ilə yollarını ayıran Semih Kaya ilə anlaşma olub.

Qeyd edək ki, Arda Turan 2005-2011, Emre Çolak 2009-2016, Semih Kaya 2009-2017 və 2019-cu illərdə "Qalatasaray"da çıxış edib.

"Qalatasaray" "24 Erzincanspor"dan 21 yaşlı Məhəmməd Kərəm Aktürkoğlunu da heyətinə qatıb.

Futbolçu cari mövsümdə "24 Erzincanspor"un heyətində meydana çıxdığı 34 oyunda 20 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər xəbərlər