"Kopenhagen"in baş məşqçisi "Qarabağ"ın transferi haqda: "Matiçi komandaya uyğunlaşdıra bilmədik"

"Kopenhagen"in baş məşqçisi "Qarabağ"ın transferi haqda: "Matiçi komandaya uyğunlaşdıra bilmədik"
Futbol
26 İyul 2020 - 17:37
Supersport.Az-ın məlumatına görə, "Kopenhagen"in rəsmi saytı Azərbaycan çempionu "Qarabağ"la Uroş Matiçin keçidi məsələsində anlaşma haqda xəbər yayıb.

Danimarka birincisinin 52 yaşlı baş məşqçisi Stale Solbakken bu barədə açıqlama verib:

"Uroşu çox yaxşı tanıyırıq: həqiqətən əsl peşəkar və yaxşı futbolçudur. Ancaq onu oyun üslubumuza inteqrasiya etmək, uyğunlaşdırmaq alınmadı, bacarmadıq. Açıq futbolda yaxşı mübarizə aparırdı, oyun səviyyəsini də inkişaf etdirdi. Ancaq ümid etdiyimiz, istədiyimiz kimi olmadı. Biz məsuliyyətimizi yaxşı dərk edirik və heç bir sərtlik, inciklik olmadan yollarımız ayrıldı. 

O, titul qazanmağa kömək etdi, həmçinin Avropa Liqasında "Kopenhagen"in "Ayaks"la dramatik oyunlarda komandanın bir hissəsi olaraq mübarizə apardı, klubda iz buraxdı. 

Uroşa və ailəsinə gələcəkdə ən yaxşı arzuları diləyirik. Onları həmişə "Kopenhagen"də gözləyirik". 

"Kopenhagen" Uroşa təşəkkür edib, uğurlar arzulayıb.

Danimarka klubu 30 yaşlı serb futbolçuyla 1 illik müqaviləni qarşılıqlı olaraq ləğv edib.

Qeyd edək ki, karyerasında əvvəlcə "Koşitse", "Benfika", "Breda", "Şturm"da çıxış edən Uroş Matiç, 2017–ci ildə "Kopenhagen"ə qoşulub, 39 matçda iştirak edib, çempion olub, kuboku qazanıb, sonra "Austriya" ilə "Apoel"də forma geyib.

 

 

Digər xəbərlər